depozit sertifikatı

Əmanətçidən və ya əmanətçi üçün banka daxil olmuş pul məbləğini (depoziti) və onun üçün faizləri bankdan almaq hüququnu təsbit edən qiymətli kağızdır. Depozit sertifikatı müəyyən müddətə adlı və ya adsız qiymətli kağız kimi buraxıla bilər

depozit
depozitar
OBASTAN VİKİ
Depozit sertifikatı
Depozit sertifikatı (ing. deposit certification) — üzərində göstərilən məbləğin bank tərəfindən əmanətə qəbul edilməsini bildirən adsız qiymətli kağızdır. Depozit sertifikatı qiymətli kağızların hüquqi şəxslər tərəfindən əldə olunan formasıdır. Bu sertifikatlar pul vəsaitlərinin bank tərəfindən depozitə qəbul edilməsini yazılı sübut edən, sahibinə müəyyən müddətdə tam məbləğdə depoziti və hesablanmış faizi almaq hüququ verir. Bu sertifikatın nominal qiyməti yüksək olur. Depozit əmanət müqaviləsindən fərqli olaraq, müvafiq hüquqları təslim etməklə sertifikat bir şəxsdən digərinə keçə bilər ki, bu da onu qiymətli kağız edir. Depozit sertifikatı üzrə hüquqların təslim edilməsi haqqında razılaşmanı hər tərəfdən iki şəxs imzalayır və tsedentlə tsessionari möhürləyir. Sertifikatlar aşağıdakı mütləq rekvizitlərə malik olmalıdır ki, bunların birinin olmaması sertifikatı yararsız edir: depozit və ya əmanət sertifikatının adı Sertifikatın verilmə səbəbinin göstərilməsi Sertifikatla təsdiqlənmiş vəsait qoyuluşunun məbləği (rəqəm və yazı ilə) bankın əmanət qoyulmuş vəsaiti kreditora mütləq qaytarılması haqda şərtsiz öhdəliyi depozitin və ya əmanətin qoyulduğu tarix Sertifikat üzrə əmanətçinin məbləği tələb etdiyi tarix depozitin və ya əmanətdən istifadə edildiyi üçün (faizlə) gəlir dərəcəsi nəzərdə tutulan gəlir dərəcəsinin pul vahidi ilə göstərilməsi depozit Sertifikatı üçün emitent-bankın adı və ünvanı, əmanət bankı üçün yatırımçının ünvanı 2 nəfər bank müvəkkillərinin imzası bankın möhürü. == İstinadlar == == Mənbə == Kənan Aslanlı. Dövlət Maliyyəsi Terminləri Lügəti.
Depozit
Depozit — fiziki və ya hüquqi şəxs tərəfindən dövlət qeydiyyatına alınmış kredit təşkilatına gəlir əldə etmək üçün yerləşdirilmiş pul vəsaiti. Depozit müvafiq müqavilə şərtləri ilə faizlər və ya komisyon haqlar ödənilməklə və ya ödənilmədən müştərilərin (əmanətçilərin) tələbi ilə qaytarılmasını və ya başqa hesaba köçürülməsini nəzərdə tutan bankın balansında aparılan cari, əmanət (depozit) və ya digər hesaba qoyulmuş və ya köçürülmüş pul vəsaitidir..
Depozit bankı
Depozit qəbzi
ISO sertifikatı
Beynəlxalq standartlaşdırma təşkilatı - ISO (ing. International Organization for Standardization) — beynəlxalq təşkilat olub elektrik, elektronika və telekomunikasiya istisna olunmaqla bütün sahələr üzrə standartların hazırlanması ilə məşğuldur. ISO dövlətlərarası sahədə standartları təmin etmək məqsədilə 23 fevral 1947-ci ildə təsis olunmuşdur. Elektrik və elektronika üçün "Beynəlxalq elektrotexniki kommisiya - IEC", telekommunikasiya üzrə isə "Beynəlxalq rabitə birliyi - ITU" cavabdehdir. Bu üç təşkilat birlikdə "Dünya standart koperasiyasını -WSC (World Standards Cooperation) təşkil edirlər. ISO təşkilatına 157 ölkə üzv olmuşdur. İSO-nun rəsmi dili fransız və ingilis dilləridir. Eyni zamanda bu təşkilat standartların tərcümələrinə də məsuliyyət daşıyır. == Tarixi haqqında == XX əsrin əvvəlində maşıntəmiri tərtibatların geniş tətbiqi, hissələrin böyük sayda hazırlanmasını sürətləndirməyi və qarşılıqlı əvəzolunmanın tətbiqini tələb edirdi. Qarşılıqlı əvəzolunma, ölçmə üsulları və oturtma sistemlərinin yaradılması ilə XX əsrin əvvəlində maşıntəmiri yeni mərhələyə qədəm qoyur.
RIAA sertifikatı
RIAA sertifikatı (ing. The Recording Industry Association of America, azərb. Amerika Səsyazma Sənayesi Birliyi) ABŞ-də musiqiçilərin satdığı albom və sinql sayına görə verilən müükafatdır. ABŞ-dən başqa digər dövlətlərdə də bu cür sertifikat sistemləri də mövcuddur. == Sertifikat növləri == 500.000 nüsxə: Qızıl albom. 1.000.000 nüsxə: Platin albom. 2.000.000 nüsxə: Multi-Platin albüm. 10.000.000 nüsxə: Almaz albüm.
İnvestisiya sertifikatı
Əmanət sertifikatı
Əmanət sertifikatı (ing. savings certificate) — fiziki şəxs tərəfindən banka qoyulmuş əmanətin məbləğini və əmanətçinin (sertifikat sahibinin) sertifikatı vermiş bankda və ya hər hansı filialda əmanət məbləğini və sertifikatda nəzərdə tutulmuş müəyyən edilmiş müddət bitdikdən sonra bank faizləri almaq hüququnu təsdiq edən qiymətli kağız. Əmanət sertifikatının başqa adı — əmanət sertifikatı - bankın orada saxlanılan əmanəti və faizləri ödəmək öhdəliyini ifadə edir. Əmanət sertifikatı hesablaşma və ya ödəniş sənədi kimi xidmət edə bilməz.
Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi
Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi - Azərbaycan Respublikasında depozitar və reyestr saxlayıcı kimi fəaliyyət göstərən dövlət təşkilatı. Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin 14 iyul 2015-ci il tarixli Fərmanı ilə “Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu” qüvvəyə minmişdir . Yeni qanuna əsasən qurum Azərbaycan Respublikasının Mərkəzi Depiztarı olacaq.
гна́ться козово́дство маслю́к назида́ние отло́мок переложи́ть подмыва́ющий самого́нный подпе́чье рыболока́ция сбо́ра тю́бик нагал сглёзко all-risks insurance as maintained first position macrolevel peelings tufaceous vesania буквальный громкоговоритель румын солдафон